İran “Mossad”a casusluqda ittiham olunan daha bir şəxsi edam etdi


İran çərşənbə günü İsrailin “Mossad” Kəşfiyyat Xidmətinə casusluqda ittiham olunan, həmçinin İŞİD terror qruplaşmasının üzvü olduğu iddia edilən Ruzbeh Vadini edam edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi Məhkəmə Media Mərkəzinə istinadla məlumat yayıb.
Məlumata görə, o, İranın mühüm və həssas təşkilatlarından birində fəaliyyət göstərib.
İlkin hökm çıxarıldıqdan sonra iş apellyasiya şikayəti üçün Ali Məhkəməyə göndərilib. Məhkəmə isə mövcud sənədlər əsasında məhkəmənin hökmünü təsdiq edib. Edam hüquqi prosedurlar yekunlaşdıqdan sonra həyata keçirilib.
Agentliyin yazdığına görə, Vadi kiber məkan vasitəsilə “Mossad”a qoşulub.
Məhkum beş dəfə Avstriyanın paytaxtı Vyanada “Mossad” zabitləri ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top