
Türkiyənin İstanbul şəhərində yerləşən Ayasofiya məscidini yandırmağa çalışıblar.
Yeniavaz.com NTVC-yə istinadla xəbər verir ki, bu barədə İstanbul Polis Təşkilatı məlumat yayıb.
Bildirilib ki, hadisə iyulun 11-də baş verib.
Belə ki, Şırnak vilayətinin Cizrə rayonunda qeydiyyatda olan M.G. yandırdığı kitabla məscidin xalçasını tutşdurmağa çalışıb. O buna nail olsa da, məsciddə çalışanlar dərhal hadisə yerinə gələrək yanğını söndürüblər.
Qeyd olunub ki, sözügedən şəxs saxlanılıb və məhkəmə barəsində həbs qətimkan tədbiri seçib.
Onun hadisəni hansı səbəbdən törətməsi barədə məlumat verilməyib.