Terim karyerasını bu ölkədə davam etdirəcək


Türkiyənin Super Liqa nəhəngi “Qalatasaray”dan ayrıldıqdan sonra Yunanıstanın “Panatinaikos” və Səudiyyə Ərəbistanının “Əl-Şabab” klublarına rəhbərlik edən Fatih Terim məşqçilik karyerasını davam etdirmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Transfermarkt” portalı məlumat yayıb.
Məlumata görə, 71 yaşlı təcrübəli məşqçinin yeni komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olacaq.
Portalın məlumatına görə, o, yeni komandası ilə danışıqlara başlamaq üçün bu yaxınlarda Dubaya gedəcək.
Qeyd edək ki, mövsümün sonunda “Əl-Şəbab”dan ayrılan Fatih Terim Səudiyyə Ərəbistanında komandasını 23 rəsmi matçda idarə edib. Bu müddət ərzində o, 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyətlə hər oyun üçün orta hesabla 1,74 xal toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top