
2023-cü ilin oktyabrında İsrail ordusu hərbi əməliyyatlara başlayandan bəri Qəzza zolağında 230-dan çox jurnalist həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS-ın xüsusi nümayəndəsi İzzət əl-Rişk bildirib.
“Son 22 ay ərzində İsrail qüvvələrinin Qəzza zolağında, İordan çayının qərb sahilində və Qüdsdə törətdiyi cinayətlər nəticəsində 233 jurnalist və media işçisi öldürülüb”, - əl-Rişk qeyd edib.
Onun sözlərinə görə, İsrailin xarici jurnalistlərin Qəzzaya daxil olmasına mane olmaq siyasəti mediaya qarşı cinayət və mətbuat azadlığı prinsipinin pozulmasıdır ki, bu da İsrail hakimiyyətinin anklavda terrorizminin ifşa olunmasından qorxmasının sübutudur.