
Serbiyada nazir canlı efirdə çıxış edərkən insult keçirib.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, dövlət investisiyaları naziri və SNS İcraiyyə Şurasının prezidenti Darko Qlisiç “Pink TV”də çıxış edərkən halı pisləşib.
Bu vaxt o, danışmaqda çətinlik çəkib. Verilişin aparıcıları nazirin vəziyyətini görüb efiri dayandırıblar.
“Informer” jurnalının baş redaktoru J. Vuçiçeviç bildirib ki, hazırda xəstəxanada olan Darkonun vəziyyəti çox ağır, hətta kritikdir:
“O, huşunu itirib və hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar. O, reanimasiyadadır. Təcili yardım çox tez gəlib və ona ilkin tibbi yardım göstərilib. Qlisiç Serbiya Prezidenti Aleksandar Vuçiçin ən yaxın adamlarından biri deyil, ən yaxın adamıdır. Böyük insan və ölkəmizin ən yaxşı siyasətçilərindən biridir. Serbiya prezidenti xəstəxanaya gedir”.