Dünyanın ən məşhur 10 krossoveri açıqlandı


2025-ci ilin ilk yarısında dünyada ən məşhur krossoverlərin adları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, yeni siyahını “Focus2move” beynəlxalq analitik portalı təqdim edib.
Beləliklə, krossoverlər arasında qlobal satışlarda birinci yeri “Toyota RAV4” tutub. İkinci yerdə “Tesla Model Y” qərarlaşıb. İlk üçlüyü isə “Honda CR-V” tamamlayıb. Sonrakı yerləri “Hyundai Tucson" və “KIA Sportage” tutub.
Dünyanın ən məşhur 10 krossoveri onluğuna, eyni zamanda, “Volkswagen Tiguan”, “BYD Song”, “Honda HR-V”, “Mercedes-Benz GLC” və “Hyundai Creta” daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top