
ABŞ Silahlı Qüvvələri “Patriot” zenit-raket komplekslərinin müntəzəm batalyonlarının sayını 15-dən 18-ə çatdırmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Defence News” portalı məlumat yayıb.
Məlumata görə, Quamda bu cür sistemlərlə silahlanmış daha bir birləşmiş batalyon yerləşdiriləcək.
Portalın məlumatına görə, ABŞ quru qoşunları hələ 2023-cü ildə 16-cı “Patriot” batalyonunu yaratmaq planlarını açıqlayıb. Lakin indi komandanlıq bu qərarı daha böyük artımın xeyrinə yenidən nəzərdən keçirib.
Portalın yazdığına görə, xidmətə verilən bütün yeni sistemlər 360 dərəcə dairəvi görünüşü təmin edən daha təkmil LTAMDS hava və raketdən müdafiə sensoru, həmçinin, IBCS hava və raketdən müdafiə sistemi ilə təchiz ediləcək.
Ordunun Baş Qərargah rəisinin müavini general-leytenant Ceyms Minqusun daha əvvəl dediyi kimi, LTAMDS və IBCS hər bir batalyonun döyüş qabiliyyətini ikiqat artıracaq. Onun sözlərinə görə, bu batalyonlar təxminən 30 “Patriot” batalyonuna bərabər olacaq. Çünki onları batareya kimi yerləşdirmək əvəzinə, taktiki baxımdan daha geniş şəkildə yaymaq mümkün olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz