“Özləri Rusiya ilə ticarəti davam etdirir” – Hindistandan Trampa cavab


ABŞ Prezidenti Donald Trampın Dehlinin Rusiya neftini almağı dayandırmasını tələb etməsi fonunda Hindistan ABŞ və Avropa İttifaqını Rusiya ilə ticarətə görə tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Hindistan Rusiyanın enerji resurslarını almağa başlayıb, çünki ənənəvi təchizatçılar genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan sonra öz neftini Avropaya yönləndiriblər.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, həmin dövrdə ABŞ qlobal bazarların sabitliyini gücləndirmək üçün Hindistanı Rusiyadan neft almağa fəal şəkildə təşviq edib.
XİN onu da qeyd edib ki, ABŞ və Avropa İttifaqı arasında Rusiya ilə ticarət dövriyyəsi Rusiya-Hindistan ticarətinin həcmini xeyli üstələyir:
“Maraqlıdır ki, Hindistanı tənqid edən ölkələrin özləri də Rusiya ilə ticarəti davam etdirirlər. Bizim vəziyyətimizdən fərqli olaraq, onların ticarəti həyati vacib milli ehtiyaclarla diktə olunmur”.
Xatırladaq ki, Donald Tramp, Moskva avqustun 8-dək atəşi dayandırmasa, Rusiyadan enerji alan ölkələrdən ABŞ-nin idxalına üç rəqəmli tariflər tətbiq edəcəyi ilə hədələyir. Tramp son günlərdə bir neçə dəfə Hindistanın adını çəkib. O, avqustun 4-də sosial şəbəkəsində bu ölkəyə əhəmiyyətli tariflər tətbiq edəcəyini yazıb. Hindistan hökuməti avqustun 2-də Trampın təhdidlərinə baxmayaraq Rusiyadan neft almağa davam edəcəyini açıqlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top