Şıxlinski barəsində qiyabi həbs qərarı verildi


Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski Moskvanın Basmannı məhkəməsi tərəfindən qiyabi həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə e1.ru məlumat yayıb.
Bildirilib ki, bu, onun axtarışa verilməsindən sonra baş verib.
Qeyd edək ki, bir müddət Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyinin ərazisində olub:
“Diplomatik danışıqlardan sonra o, gedib, hakimiyyət orqanlarına təslim olub və Yekaterinburqa aparılıb, orada istintaq hərəkətlərində iştirak edib və istintaq təcridxanasına yerləşdirilib”.
İlkin məlumata görə, Ural diasporunun rəhbəri Fehruz Şirinovun öldürülməsinə cəhddə, habelə dövlət məmuruna qarşı zorakılıqda iştirakda ittiham olunur.
Şahin Şıxlinskinin vəkili nəşrə bildirib ki, müdafiə etdiyi şəxs təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
 

DİGƏR XƏBƏRLƏR

Top