Kelloq Kiyevə səfər etməyi planlaşdırır – KİV


“ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər etməyi planlaşdırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBC-Ukrayna” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Kelloqun səfəri planlaşdırılır, lakin hələlik tarixlər yoxdur.
Öz növbəsində, “Kyiv Post” nəşri mənbələrə istinadən xüsusi elçinin səfərinin yaxın günlərə planlaşdırıldığını bildirib.
Bu səfər baş tutsa, ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfəri fonunda baş tutacaq.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Uitkoff Rusiya Federasiyasına avqustun 6 və ya 7-də gedə bilər.

DİGƏR XƏBƏRLƏR

Top