Son “Los Anceles”lə razılaşdı


Cənubi Koreyalı hücumçu Son Hın Min MLS-in “Los Anceles” klubuna keçməyə yaxındır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumt verib.
O, tərəflərin şifahi razılığa gəldiyini və futbolçunun yaxın vaxtlarda müqavilə imzalayacağını bildirib.
Mənbənin məlumatına görə, 33 yaşlı hücumçu Asiya turundan sonra “Tottenhem”in düşərgəsinə gəlməyib və hazırda transferi başa çatdırmaq üçün Amerika klubundan rəsmi sənədləri gözləyir.
Qeyd edək ki, bundan əvvəl Son Hın Min 2015-ci ildən çıxış etdiyi “Tottenhem”dən ayrıldığını bildirmişdi.
Xatırladaq ki, ötən mövsüm o, London klubu ilə Avropa Liqasının qalibi olub. Son Hın Min “Tottenhem”in heyətində 173 qolla karyerasını başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top