
“Çoxsaylı mənbələrin verdiyi məlumata görə, Ermənistan və Azərbaycan bu həftənin sonlarında Vaşinqtonda sülhə niyyətlərini elan etməyə hazırlaşırlar”.
Yeniavaz.com xəbər verir ki, bunu Vaşinqtonda yaşayan jurnalist Aleks Raufoğlu “X” sosial şəbəkə hesabında yazıb.
“Mənbələrin dediyinə görə, cümə günü Trampın (ABŞ Prezidenti Donald Tramp) həm Nikol Paşinyanı, həm də İlham Əliyevi Ağ Evdə qəbul edəcəyi gözlənilir. Maraqlı fakt isə odur ki, Trampın Paşinyan və Əliyevlə gözlənilən görüşü onun Putin üçün verdiyi müddətin bitdiyi gün baş tutacaq”, - jurnalist bildirib.
Xatırladaq ki, iyulun 14-də Tramp Rusiyanın Ukrayna ilə razılığa gəlmək üçün 50 gün vaxtının olduğunu, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik ticarət tarifləri tətbiq etmək niyyətində olduğunu bildirib. İyulun 29-da Tramp Rusiyanın onu məyus etdiyini bildirib və buna görə də, müddəti 10 günə qədər qısaldıb.