
Ukrayna Türkiyə Prezidentinin səfərinə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Ukraynadakı səfiri Nəriman Cəlal “RBK-Uktayna”ya müsahibəsində bidirib.
“Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərinin təşkili üzərində fəal iş gedir. Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarına dəvəti şəxsən çatdırdı və Türkiyə lideri ilə bu yaxınlarda keçirdiyim görüşdə bu dəvəti mən də təkrarladım. Bu səfər əhəmiyyətli səylər tələb edir, çünki onun həyata keçirilməsinə mane olan bir çox məsələlər var”, - Türkiyənin Ukraynadakı səfiri bildirib.
Səfirin qeyd etdiyinə görə, səfərin əsas mövzusu ölkələr arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər. Onun sözlərinə görə, bu sənəd həm strateji tərəfdaşlıq, həm də Ukrayna biznesinin əhəmiyyətli hissəsi üçün vacibdir.
“Türkiyə azad ticarət sazişi imzalamaqda maraqlıdır. Bu razılaşma həm də Ukrayna biznesinin böyük bir hissəsi üçün vacibdir, baxmayaraq ki, bəziləri üçün artan rəqabət gərginlik yarada bilər. Lakin bu, siyasi qərardır. Zelenski Ərdoğanın səfəri zamanı bu sazişin ratifikasiya edilməsini təklif edir. Təbii ki, sənədin raifikasiyası əməkdaşlığa dair çox yaxşı və simvolik addım olardı”, - diplomat əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz