
Litvanın Nazirlər Kabineti istefa verib.
Yeniavaz.com xəbər verir ki, hökumət bu barədə xüsusi çağırış iclasında qərar qəbul edib.
“Baş nazirin istefası ilə qanuna uyğun olaraq hökumət istefa verib və bu barədə prezidentə məlumat verilib”, - Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, baş nazir Qintautas Palutskas iyulun 31-də mətbuatda onun vəzifəyə başlamazdan əvvəl aparıcı səhmdarı olduğu şirkətə bank krediti almaq üçün növbəni pozması ilə bağlı məlumat üzə çıxdıqdan sonra istefa verib.
Tətbiqimizi yükləyə bilərsiniz