
ABŞ-də 28 ildə cəmi 10 000 km yol gedən nadir avtomobil hərraca çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, hərrac avqustun 17-də Kaliforniyadakı “RM Sotheby's” hərrac evində keçiriləcək.
Avtomobil rekord məbləğdən - 23 milyon dollardan satışa çıxarılacaq. Belə ki, əgər avtomobil bu qiymətə satılsa, o indiyə qədər satılan ən bahalı “McLaren” olacaq.
Avtomobil 1997-ci ildə istehsal edilib və 461 kVt (627 at gücü) hasil edən 6,1 litrlik BMW S70/2 V12 mühərriki ilə təchiz edilib. Onun maksimal sürəti 356 km/saatdır.
Qeyd edək ki, ümumilikdə, 1992-ci ildən 1998-ci ilə qədər orta hesabla 100 “McLaren F1” istehsal olunub. ABŞ-yə isə rəsmi olaraq 30 “McLaren F1” idxal edilib.
Avtomobil orijinal istifadəçi təlimatı, alət çantası, səyahət çamadanı, avtomobil örtüyü, F1 loqosu olan qulluq dəsti, həmçinin servis notbuku və tork açarı ilə birlikdə satılacaq.


