BAEA nümayəndə heyəti İrana gedir


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlarda məsələnin siyasi tərəfi diqqət mərkəzində olacağı üçün nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq.
Tərəflər İran parlamentinin BAEA ilə əməkdaşlığın dayandırılması ilə bağlı qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəklər.
Qeyd edək ki, iyulun 2-də İran Prezidenti Məsud Pezeşkian BAEA ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb.
İyulun 22-də İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araqçi deyib ki, İran gələcəkdə agentliyin müfəttişlərinin öz ərazisinə qayıtma ehtimalını istisna etmir.
İyulun 25-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai isə yaxın həftələrdə BAEA nümayəndə heyətinin ölkəyə səfərinə hazırlıq barədə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top