“Beşiktaş” Semih Kılıçsoyu icarəyə verdi


Türkiyə Superliqasının nəhənglərindən “Beşiktaş”da çıxış edən hücumçu Semih Kılıçsoy İtaliya təmsilçisi “Kalyari”yə icarəyə verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda bildirilir.
“Peşəkar futbolçumuz Semih Kılıçsoyun 2025–26 mövsümünün sonuna qədər, satınalma variantı da daxil olmaqla, müvəqqəti transferi mövzusunda “Kalyari” klubu ilə razılığa gəlinib. Kılıçsoya yeni klubunda uğurlar arzulayır, bu məlumatı ictimaiyyətin diqqətinə hörmətlə təqdim edirik”, - məlumatda deyilir.
Qeyd edək ki, “Beşiktaş” akademiyasında yetişmiş 19 yaşlı futbolçu, qara-ağ forma ilə çıxdığı 87 oyunda 16 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top