Türkiyədə dolların məzənnəsi 3,30 lirəni keçib

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün, noyabrın 16-da nağd valyuta bazarında 3,30 lirə səviyyəsini ötüb. Hazırda məzənnə 3,3120 TRY/USD-yə bərabərdir. Buna səbəb kimi, dolların qlobal valyuta bazarında güclənməsi fonunda Çin yuanı da daxil olmaqla inkişaf etməkdə olan bütün dünya valyutalarının ucuzlaşması amili göstərilir. Dünən, noyabrın 15-də Boston Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Erik Rosengren uçot dərəcəsinin artırılmasının qarşısını ancaq çox önəmli mənfi xəbərin ala biləcəyini bildirib. Nəticədə, dolların möhkəmlənməsi davam edib.

Report

DİGƏR XƏBƏRLƏR

Top