“Real Madrid”in ulduzu “Liverpul”a keçir – ESPN


İngiltərənin “Liverpul” klubu “Real Madrid”in hücumçusu Rodriqo Qoesi transfer etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.  
Telekanalın məlumatına görə, 24 yaşlı braziliyalı İngiltərə klubunun təklif etdiyi müqavilə şərtlərini qəbul edib.
Qeyd edək ki, daha əvvəl Rodriqo ilə “Tottenhem”in də maraqlandığı bildirilirdi.
Xatırladaq ki, ötən mövsüm “Real Madrid”in forvardı bütün turnirlərdə 54 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun transfer qiyməti 90 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top