
ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff Qəzzaya gedib.
Yeniavaz.com xəbər verir ki, o, vəziyyəti şəxsən qiymətləndirmək üçün humanitar yardımın paylandığı məntəqlərdən birində olub.
Onun səfəri aclıqdan müharibə aləti kimi istifadə etməkdə günahlandırılan İsrailin kəskin tənqidləri fonunda baş verib.
Səfərdən dərhal sonra o, prezident Donald Trampa hesabat verəcək və yardım mexanizmində dəyişikliklərlə bağlı təkliflər təqdim edəcək.
Qeyd edək ki, Uitkoff iyulun 31-də İsrailə səfər edib. O səfər çərçivəsində baş nazir Benyamin Netanyahu ilə görüşüb.
Xatırladaq ki, beynəlxalq mətbuatda İsrail ordusunun humanitar yardım almaq üçün yaxınlaşan fələstinlilərə atəş açdığı ilə bağlı xəbərlər dərc olunur. BMT-nin İnsan Hüquqları İdarəsi isə may ayından bəri ən azı 1373 fələstinlinin humanitar yardım gözləyərkən həlak olduğunu bildirir.