“Azərenerji” yüksək gərginlikli elektrik xətlərinin altına düşən torpaq sahələrini dəyərləndirir


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” ASC tərəfindən keçirilən 359 min 900 manat dəyərindəki tenderin qalibi “Real Prays” MMC olub.
“Real Prays” MMC yüksək gərginlikli elektrik ötürücü xətlərin altına düşən torpaq sahələrinin dəyərləndirilməsi, mütəxəssis rəyinin və AZURE layihəsi üçün müəyyən hesabatların hazırlanması xidmətlərini həyata keçirəcək.
Qeyd edək ki, AZURE bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiya layihəsidir.
Tenderin qalibi olan “Real Prays” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. 160 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Ayan Qəmbərovadır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top