“Günahkar bizik, Azərbaycan yox” – Pezeşkian


“Birgə hərəkət etməliyik. Bizi əhatə edən bütün müsəlmanlarla birlikdə. Yaxın olsaq, başqaları gələ bilməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı danışıb.
“Azərbaycan ümumiyyətlə bizim qohumumuzdur, dostumuzdur. Necə ola bilər ki, mən ora gedib onlarla ittifaq yarada bilmirəm, amma İsrail bunu edir? Özümə sual verməliyəm ki, mənim səhvim nədir, niyə mən qardaş-bacılarımla dostluq və sağlam münasibət qura bilmədim, amma İsrail qura bildi? Mən günahkaram, onlar yox. Onlar bizim qardaş-bacılarımızdır, yaxınlarımız, doğmalarımızdır”, - Pezeşkian deyib.

DİGƏR XƏBƏRLƏR

Top