Azərbaycan Suriyaya qaz satacaq – Hər gün 3,4 milyon kubmetr


“Suriya avqustun 2-dən etibarən gündəlik 3,4 milyon kubmetr təbii qaz qəbul etməyə başlayacaq. Bu qaz Azərbaycan tərəfindən tədarük olunacaq və Türkiyə ərazisindən keçərək Hələb vilayətinə çatdırılacaq”.
Yeniavaz.com
SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın Energetika naziri Məhəmməd əl-Bəşir deyib.
Nazir qeyd edib ki, bu qədər qazla təxminən 900 meqavat elektrik enerjisi istehsal ediləcək. Onun sözlərinə görə, bu addım Suriya enerji sektorunu dəstəkləməyə yönəlmiş ortaq əməkdaşlıq çərçivəsində atılıb.
Əl-Bəşir həmçinin verdiyi açıqlamada bu addımın ölkənin elektrik şəbəkəsinin sabitliyini gücləndirəcəyini vurğulayıb və qeyd edib ki, Suriya hökuməti bu prosesi vətəndaşların üzərindəki yükü azaltmaq və enerji tələbatını ödəmək məqsədi daşıyan milli plan çərçivəsində həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top