
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün “Şelburn”la (İrlandiya) cavab oyununa çıxacaq.
Yeniavaz.com xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, “Qarabağ” – “Şelburn” (İrlandiya) cütünün qalibi növbəti mərhələdə “Şkendiya” (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
***
Matç başladı.
***
44-cü dəqiqədə Con Martin avtoqola imza atıb, 1:0.
***
Birinci hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Matç bitdi. “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsinə keçdi.