Sankt-Peterburqda miqrantlara taksi sürmək qadağan edildi


Rusiyanın Sankt-Peterburq şəhərində miqrantların taksi sürücüsü kimi fəaliyyət göstərməsinə qadağa qoyulub.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, qadağa 2025-ci ilin sonunadək qüvvədə olacaq.
Müvafiq sərəncamı şəhərin qubernatoru Aleksandr Beqlov imzalayıb. Qərarın imzalanmasından 10 gün sonra hüquqi qüvvəyə minəcəyi bildirilir.
Şəhər administrasiyasının yaydığı məlumata görə, bu addım taksi xidmətlərinin keyfiyyətini və sərnişin təhlükəsizliyini artırmaqla yanaşı, yerli Rusiya vətəndaşları üçün əlavə məşğulluq imkanlarının yaradılmasına xidmət edir. Qadağanın tətbiqi müddətində onun sosial-iqtisadi təsirləri də qiymətləndiriləcək və 2026-cı ildə oxşar tədbirlərin davam etdirilməsinə dair qərar veriləcək.
Taksi şirkətlərinə mövcud əmək münasibətlərini yenidən qurmaq üçün üç ay keçid müddəti verilib. Bu müddətdə onlar miqrantlarla əmək münasibətlərini dayandırmalı və yeni sürücülər işə cəlb etməlidirlər.
Qeyd edək ki, miqrantlara qarşı oxşar məhdudiyyətlər daha əvvəl Leninqrad vilayətində və Tatarıstanda tətbiq edilib. Həmçinin Kamçatkada yalnız Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələrin vətəndaşlarına – Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan sakinlərinə taksi sürücüsü işləməyə icazə verilir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top