
ABŞ Prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra özünə zirehli qolf maşını alıb.
Yeniavaz.com “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, o, Şotlandiyada qolf oynamaq üçün sahəyə zirehli qolf arabasının müşayiəti ilə gəlib.
Mütəxəssislər qara “Polaris Ranger XP” markalı maşının zirehli olduğunu təsdiqləyiblər. Belə ki, maşında ön şüşə, yan panellər, qapılar və arxa hissə gücləndirilib.
Mütəxəssislərin fikrincə, belə bir maşının qiyməti təxminən 45 min dollar təşkil edə bilər.
Qeyd edək ki, ötən il iyulun 13-də Pensilvaniya ştatında seçicilərlə görüş zamanı Trampa qarşı sui-qəsd təşkil olunmuş, hadisə nəticəsində o, sağ qulağının yuxarı hissəsindən güllə yarası almışdı.
