
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq bir müddət sonra vəfat edib.
Qeyd olunub ki, faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz