
Nüfuzlu “Transfermarkt” portalı yeni mövsümdə klubları ilə müqavilələri başa çatan ən bahalı “azad agentlər”dən ibarət rəmzi komandanı təqdim edib.
Yeniavaz.com xəbər verir ki, ən bahalı 11-liyə aşağıdakı futbolçular daxil olub:
1. Canluici Donnarumma (PSJ - 40 milyon avro);
2. İbrahima Konate (“Liverpul” - 60 milyon avro);
3. Deotşankul Upamekano (“Bavariya” - 50 milyon avro);
4. Mark Qexi (“Kristal Pelas” - 45 milyon avro);
5. Frenki de Yonq (“Barselona” - 45 milyon avro);
6. Rodriqo Bentankur (“Tottenhem” - 30 milyon avro);
7. Yulian Brandt (“Borussiya Dortmund” - 25 milyon avro);
8. Bernardo Silva (“Mançester Siti” - 38 milyon avro);
9. Ceydon Sanço (“Mançester Yunayted” - 28 milyon avro);
10. Duşan Vlaxoviç (“Yuventus” - 35 milyon avro);
11. Yoan Vissa (“Brettford” - 32 milyon avro).
Baş məşqçi: Oliver Qlasner (“Kristal Pelas”).
Qeyd edək ki, FİFA qaydalarına əsasən, müqaviləsi başa çatan futbolçular hazırkı müqaviləsinin bitməsinə 6 ay qalmış - 2026-cı ilin yanvarından etibarən azad agent kimi pulsuz transferlə bağlı danışıqlar aparmaq hüququna malikdir.