
Hindistan ordusu Kəşmirin Hindistan tərəfində baş verən atışmada 3 nəfərin öldürüldüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hindistan ordusu “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, Hindistan tərəfi ölənlərin “terrorçu” olduğunu iddia edir və qeyd edir ki, hərbçilər Pakistanla mübahisəli olan Kəşmir bölgəsində əməliyyatları davam etdirirlər.