
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” İlon Maskın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti üçün mikroçip istehsalına dair uzunmüddətli müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, müqavilənin məbləği 16,5 milyard dollar təşkil edir və 2033-cü ilin sonuna kimi nəzərdə tutulub.
Agentliyin qeyd etdiyi kimi, “Tesla” ilə yeni müqavilə “Samsung”un mikroçip istehsalı bazarında mövqeyini itirməsi fonunda bağlanıb.
Hazırda “Samsung” şirkəti məhsullarına yüksək tələbat səbəbindən bütün müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilməyən Tayvanın TSMC şirkətindən fərqli olaraq, kifayət qədər sifariş almır.
Buna baxmayaraq, hər iki çip istehsalçısı 2 nanometrlik çiplərin istehsalına keçməyə hazırlaşır.