Banan da daxil olmaqla bütün meyvələr yuyulmalıdır


Qida təhlükəsizliyi sahəsində mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta yeyilməyən qabığı olan meyvələr belə yeməkdən əvvəl mütləq yuyulmalıdır.
Yeniavaz.com
xəbər verir ki, qida texnoloqu Tamika Sims “Mirror” nəşrinə verdiyi açıqlamada bu prosedur nəzərə alınmadıqda, insan sağlamlığı üçün ciddi risklər yarana biləcəyini deyib.
Simsin sözlərinə görə, banan kimi qabığı yeyilməyən meyvələr də axar su altında yuyulmalıdır. Bu, meyvənin səthində olan toz, bakteriyalar və pestisid qalıqlarının aradan qaldırılmasına kömək edir.
Mütəxəssis izah edir ki, qabığı soyarkən əllərə keçən çirklənmələr ağız yolu ilə orqanizmə daxil ola bilər. Bu isə salmonella kimi təhlükəli mikroorqanizmlərin yaratdığı qida zəhərlənməsinə səbəb ola bilər.
Salmonellyoz – yəni salmonella infeksiyası yüksək hərarət, qarın ağrısı, ishal və qusma ilə müşayiət olunur. Uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslərdə bu xəstəlik ağır dehidrasiya və xəstəxanaya yerləşdirilmə ilə nəticələnə bilər.
Mütəxəssisin fikrincə, meyvələrin səthində yalnız bakteriyalar deyil, həm də kir, zibil və həşəratlar qala bilər. Sims xəbərdarlıq edir ki, pestisid qalıqları ciddi sağlamlıq problemləri ilə əlaqələndirilir. Bu maddələr autizm, xərçəng, yüksək təzyiq, şəkərli diabet və demensiyanın inkişafı ilə əlaqələndirilə bilər. 

DİGƏR XƏBƏRLƏR

Top