İsrail Livanın cənubuna hava zərbələri endirib – 3 nəfər həlak olub


Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun atəşkəs rejiminə baxmayaraq şənbə günü ölkənin cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 3 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Tire bölgəsində İsrailə məxsus pilotsuz uçan aparatın bir avtomobili hədəf alması nəticəsində bir nəfər həyatını itirib. Həlak olan şəxsin Hizbullah yaraqlısı olduğu ehtimal edilir.
İsrail ordusu isə verdiyi açıqlamada, Bint Cbeil bölgəsində "terror təşkilatının reabilitasiyası səylərində iştirak edən Hizbullah komandirinin" zərbə ilə məhv edildiyini bəyan edib. Hədəfin konkret harada vurulduğu isə açıqlanmayıb.
Daha sonra Livanın Sur bölgəsindəki Debaal qəsəbəsinə endirilən ikinci zərbə nəticəsində daha iki nəfər həlak olub.
Qeyd edək ki, İsrail və Hizbullah arasında 2023-cü ilin noyabrında əldə edilmiş atəşkəs razılaşmasına əsasən, Hizbullah döyüşçüləri Litani çayının şimalına, yəni İsrail sərhədindən 30 kilometr uzaqlığa çəkilməli, bölgədə isə yalnız Livan ordusu və BMT sülhməramlıları qalmalı idi. Müqabilində İsrail də bütün qoşunlarını Livandan çıxarmalı idi. Lakin İsrail bəzi strateji əhəmiyyətli bölgələrdə qoşunlarını saxlamaqda davam edir.
İsrail rəsmiləri bildirirlər ki, Hizbullah tam şəkildə tərksilah olunmayana qədər əməliyyatlar dayandırılmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top