“Science” jurnalının sensasion məqaləsi müzakirələrə səbəb olub


Nüfuzlu “Science” jurnalı elmi ictimaiyyətdə geniş müzakirələr doğuran sensasion kəşf haqqında məqalə dərc edib.
Yeniavaz.com
“Phys.org”a istinadən xəbər verir ki, Mərkəzi Asiyanın cənubundakı yüksək dağ gölündə tədqiqatçılar əvvəllər məlum olmayan və biologiyanın əsas prinsiplərinə meydan oxuyan mikroorqanizmlər aşkarlayıblar.
Bu mikroblar ekstremal şəraitə – turşulu mühitə, yüksək temperatur və təzyiqə – uyğunlaşmaqla kifayətlənmir, həm də biokimyəvi baxımdan indiyədək Yer kürəsində müşahidə olunmayan tamamilə fərqli mexanizmlərlə fəaliyyət göstərirlər. Onların hüceyrə quruluşu və maddələr mübadiləsi mövcud həyat formalarından tamamilə fərqlənir.
Alimlərin fikrincə, bu orqanizmlər “ikinci nəsil həyat forması”na – yəni Yer üzündəki mövcud biosferdən asılı olmadan inkişaf etmiş canlılara – aid ola bilər. Əgər bu fərziyyə təsdiqini tapsa, kəşf təkcə biologiya sahəsində deyil, həm də Yer kürəsindən kənarda həyat axtarışı baxımından inqilabi dönüş nöqtəsi olacaq.
Lakin bu nəticə bütün alimlər tərəfindən birmənalı qarşılanmır. Bəziləri nümunələrin çirklənməsini və ya analizlərdəki mümkün səhvləri əsas gətirərək əlavə yoxlamaların aparılmasını tələb edir. Buna baxmayaraq, tədqiqat qrupunun üzvləri öz metodlarının şəffaf və elmi baxımdan etibarlı olduğunu bildirir və artıq yeni ekspedisiyalara hazırlaşdıqlarını açıqlayıblar.
Əgər bu kəşf rəsmi şəkildə təsdiqlənsə, o zaman həyatın tək və unikal olmadığı, hətta Yer kürəsinin özündə belə, müxtəlif mənşələrdən inkişaf edə biləcəyi fikri önə çıxacaq. Alimlər isə bu sirli həyat formalarının nə qədər qəribə və heyrətamiz ola biləcəyini hələ indi-anlamağa başladıqlarını deyirlər.

DİGƏR XƏBƏRLƏR

Top