
Laçında ağır yol-nəqliyyat hadisəsi başr verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, nəticədə üç nəfər ölüb, bir nəfər yaralanıb.
Bildirilir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində qeydə alınıb.
“Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.