“Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq” – Ərdoğanın müavini


“Türk Dövlətləri Təşkilatını yaxın gələcəkdə bölgədə sülh və əmin-amanlığı təmin edən çox mühüm bir regional ittifaqa çevrəcək Zəngəzur dəhlizinin açılması istiqamətində işlər davam etdirilir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini professor Kürşad Zorlu partiyasının Edirne vilayətində baş tutan iclasında deyib.
Zorlu bildirib ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa keçidi təmin edəcək:
“Dəhlizin açılmasını bütün qəlbimizlə arzulayırıq. Bu məsələdə qərarlıyıq, işlərimiz davam edir. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan – red.) bu mövzuda güclü iradəsi var. İnanırıq ki, bu dəhliz açıldıqdan sonra təkcə Türkiyə və Azərbaycan deyil, bütövlükdə bölgəmiz də daha yüksək rifah şəraitinə qovuşacaq. Çin sərhədindən çıxan bir konteyner bu dəhliz üzərindən Türkiyə vasitəsilə Avropaya çatacaq. Məhz bu baxış, bu vizyon Türk dünyasında ikinci dirçəliş dövrünü başladacaq”.

DİGƏR XƏBƏRLƏR

Top