
Şotlandiyada yüzlərlə insan ABŞ Prezidenti Donald Trampın səfərinə etiraz etmək üçün küçələrə çıxıb.
Yeniavaz.com “The Independent” qəzetinə istinadla xəbər verir ki, insanlar Edinburq və Aberdin şəhərlərində toplaşıblar.
Etirazçılar bilavasitə Amerika liderinin varlığına qarşı yönəlmiş şüarlar yazılmış plakatlarla yanaşı, əllərində Fələstin bayraqları da tutub və Qəzza zolağının azad edilməsini tələb ediblər.
Qeyd edək ki, iyulun 25-də Tramp Şotlandiyaya gəlib və burada iyulun 29-dək qalmaq niyyətindədir. Amerika lideri Cənubi Ayrşirdəki “Turnberry” qolf kurortunda qalıb. O, buranı 2014-cü ildə alıb. Britaniya mediası artıq şənbə günü Amerika liderinin qolf oynayan şəklini yayıb.
Ağ Ev daha əvvəl məlumat yayıb ki, Tramp ticarət sazişini müzakirə etmək üçün Şotlandiyada Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşməyi planlaşdırır.