Şuşadakı yanğınla bağlı birgə məlumat


İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə hallar və Daxili işlər nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıblar.
Bildirilib ki, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.
“FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb”, - məlumtda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top