Rusiyadan Ermənistana təbii qazın nəqli bərpa edilib


Gürcüstanda fövqəladə bərpa işlərindən sonra Rusiyadan Ermənistana təbii qazın nəqli bərpa edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb.
“İyulun 26-da saat 13:40-da Şimali Qafqaz – Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Gürcüstanda müvəqqəti olaraq dayandırılmış Ermənistana təbii qazın verilməsi bərpa edilib”, - deyə şirkətin məlumatında bildirilir.
Əvvəllər bildirilirdi ki, iyulun 24-də Gürcüstan ərazisində qəza-bərpa əməliyyatlarının aparılması zərurəti ilə əlaqədar Rusiya Federasiyasından Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılacaq. Şirkət daha sonra qeyd edib ki, daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikada istehlakçıların qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top