“Rusiya və Ukrayna Putin-Zelenski görüşündə razılığa gəliblər” – Hakan Fidan


Rusiya və Ukrayna tərəfləri iki ölkə prezidentlərinin görüşünün Türkiyədə keçirilməsi barədə razılığa  gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalının efirində bildirib.
“Türkiyədə liderlərin sammitinin keçirilməsi ilə bağlı prinsipial razılıq əldə olunub. Burada danışıqlar aparan komandalar mühüm rol oynayır”, - o deyib.
Fidan əlavə edib ki, Türkiyə tərəfi bu məsələni balanslaşdırılmış şəkildə müzakirə etməkdə davam edir.
O, Türkiyənin eyni ruhda davam edəcəyi təqdirdə həll yolunun mümkün olacağına əminliyini ifadə edib.
Xarici işlər naziri həmçinin bildirib ki, Türkiyə danışıqlar prosesinə şərait yaratmaq üçün çalışır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüşün iki-üç ay ərzində baş tuta biləcəyini bildirib .
Digər tərəfdən, iyulun 25-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putin və Zelenski arasında görüş münaqişənin həllində son mərhələ olmalı və tərəflər arasında əldə olunan razılaşmaları qeyd etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top