İranda məhkəməyə hücum zamanı ölənlərin sayı artdı – Yenilənib


İyulun 26-da “Ceyş əl-Ədl” ekstremist qruplaşmasının üzvlərinin İranın cənub-şərqindəki Zahedan şəhərində məhkəmə binasına hücumu nəticəsində azı 6 nəfər ölüb, 22 nəfər yaralanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İran məhkəməsi hadisəni “terror hücumu” adlandırıb.
Qeyd edək ki, “Ceyş əl-Ədl” Pakistanda fəaliyyət göstərən Bəluc separatçı ekstremist qrupdur və “Telegram” kanalında yaydığı bəyanatda iyulun 26-da baş vermiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qrup məhkəmə işçilərinə xəbərdarlıq edir ki, Sistan və Bəlucistan əyaləti artıq onlar üçün təhlükəsiz məkan deyil.
İran mediasının məlumatına görə, hücum edən hər üç şəxs İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

***12:47
İranın Sistan-Bəlucistan vilayətinin Zahidan şəhərində yerləşən məhkəmə binasına silahlı hücum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb.
Hücumçular əvvəlcə məhkəmə binasına, sonra isə ətrafdakı mülki insanlara hücum ediblər.
Hücumu həyata keçirən silahlı şəxslərdən 3-ü zərərsizləşdirilib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.
“Ceyş əl-Ədl” adlı silahlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top