
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) işçilərinin sayını 3870 nəfər azaltmağı və təxminən 14000 nəfərə çatdırmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə NASA-nın rəsmi nümayəndəsi Şeril Uorner məlumat verib.
O qeyd edib ki, NASA bu şəkildə Ay və Marsın tədqiqi də daxil olmaqla, kosmosun tədqiqini tam şəkildə davam etdirmək üçün səmərəliliyi artırmaq niyyətindədir.
Uornerin sözlərinə görə, idarənin təxminən 3870 əməkdaşı (təxminın işçilərin 21 faizi) işçilərin ixtisarı üzrə iki proqramda iştirak etməyə razılıq verib.
Uornerin qeyd etdiyi kimi, NASA rəhbərliyi bu iki proqramın həyata keçirilməsindən sonra idarəntin işçilərinin sayının təxminən 14 min nəfər olacağını gözləyir.
NASA nümayəndəsi bu təxminlərin dəyişəcəyini də istisna etmir.
Buna baxmayaraq, o, adıçəkilən işçilərin işdən çıxarılmasının dəqiq tarixi barədə məlumat verməyib.