Modidən unikal rekord – İndira Qandini də geridə qoydu


Hindistanın Baş naziri Narendra Modi hökumət başçısı vəzifəsində 4078-ci gününü qeyd edərək, 4077 gün baş nazir vəzifəsini tutmuş İndira Qandinin rekordunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Belə ki, İndira Qandi 1966-cı il yanvarın 24-dən 1977-ci il martın 24-dək Hindistanın Baş naziri vəzifəsini tutub.
Bununla da, Modi müstəqil Hindistan tarixində ölkənin ilk hökumət başçısı Cəvahirləl Nehrudan sonra ikinci ən uzun müddət vəzifədə qalan ikinci baş nazir olub.
Digər tərəfdən, Modi müstəqillikdən sonra doğulan ilk və yeganə baş nazirdir.
O, həm də Cəvahirləl Nehrudan başqa bir siyasi partiyanın lideri kimi ardıcıl üç seçkidə qalib gələn yeganə Hindistanın baş naziri və 1971-ci ildən bəri açıq səs çoxluğu ilə hakimiyyətə qayıdan ilk hökumət başçısıdır.
Modi daha əvvəl üç ardıcıl “Lok Sabha” (aşağı palata) seçkilərində partiyasını qələbəyə apararaq Nehru ilə eyni sıraya girib.
Qeyd edək ki, Narendra Modi 17 sentyabr 1950-ci ildə Bombey ştatının Vadnaqar şəhərində (1960-cı ildən - Qucarat ştatıdır) anadan olub. O, 2014-cü ildən Hindistanın Baş naziri vəzifəsini icra edir.

DİGƏR XƏBƏRLƏR

Top