Otellərdə ən çox hansı ölkələrin vətəndaşları qalıb? – Siyahı


Bu ilin ilk yarısında otellərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 1 milyon 970,7 min olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki,  gecələmələrin ümumi sayının 62,6%-i Bakıda, 6,4%-i Qusarda, 4,9%-i Naftalanda, 4,4%-i Qəbələdə, 3,2%-i Şabranda, 3%-i Qubada, 2,6%-i Lənkəranda, 1,4%-i Şamaxıda, 1,1%-i Naxçıvan Muxtar Respublikasında, 1,1%-i Şuşada, 1%-i Masallıda, 1%-i Xaçmazda, 7,3%-i isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 10,3% artaraq 1 milyon 192,6 min olub ki, bu da ümumi gecələmələrin 60,5%-ini təşkil edib. Gecələmələrin ümumi sayının 19,3%-i Hindistan, 12,8%-i Rusiya, 9,1%-i Türkiyə, 6,7%-i Səudiyyə Ərəbistanı, 5,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 4,1%-i İsrail, 3,3%-i ABŞ, 2,8%-i Çin, 2,8%-i Pakistan, 2,7%-i Qazaxıstan, 2,5%-i Özbəkistan, 2,4%-i Küveyt, 2%-i Böyük Britaniya, 1,1%-i Almaniya, 0,9%-i İtaliya, 0,7%-i Gürcüstan, 0,6%-i Bəhreyn, 0,6%-i İran, 20,3%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,8%-i Bakıda, 7,2%-i Qusarda, 4,1%-i Naftalanda, 3,2%-i Qəbələdə, 2,1%-i Qubada, 0,5%-i Şamaxıda, 2,1%-i isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,9% artaraq 778,1 min olub ki, bu da ümumi gecələmələrin 39,5%-ini təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top