“Siti” 40 milyona qapıçı alır


22 yaşlı ingilis qapıçı Ceyms Trafford “Bernli”dən “Mançester Siti”yə keçəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, transferin qiyməti 40 milyon funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, Ceyms Trafford 2023-cü ildə “Bernli”yə “Mançester Siti”dən transfer olunmuşdu.
Onun qayıdışı Mançester komandasının kataloniyalı baş məşqçisi Xosep Qvardiolanın təşəbbüsü ilə olub.
Trafford ötən mövsüm Çempionşipdə 45 oyuna çıxıb, 29-da qapını təmiz saxlayıb. Ceyms Trafford həm də İngiltərənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top