İmamoğlunun səhhətində problem yarandı, xəstəxanaya aparıldı


4 aydan çoxdur Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu səhhətində yaranan problem səbəbilə xəstəxanaya aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, onun Silivri Dövlət Xəstəxanasına aparılmasına səbəb belində yaranan ağrı olub.
“Əkrəm İmamoğlu bəzi sağlamlıq problemləri səbəbindən xəstəxanada müayinədən keçdi. Vəziyyəti yaxşıdır, narahat olmayın, hamıya salamı var”, - CHP İstanbul təşkilatının sədri Özgür Çelik bildirib.
Qeyd olunub ki, İmamoğlu daha sonra yenidən həbsxanaya qaytarılıb.
Qeyd edək ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bundan bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top