
Yuxudan oyandıqdan sonra birinci qida qəbulu zülallar, lif, vitaminlər və yağlar baxımından balanslı olmalıdır.
Yeniavaz.com xəbər verir ki, bunu dietoloqlar Antonio Anduxar və Botikaria Qarsia “Hola” jurnalına verdikləri müsahibədə bildiriblər.
Qeyd olunub ki, belə balanslı bir səhər yeməyinin nümunəsi, təbii ətlə tam taxıllı çörəyin və tərəvəzlərin birgə istifadəsi ola bilər.
Botikaria Qarsia əgər rasionda heyvani mənşəli zülal yer alırsa, sosiska və bekon kimi ultraemal olunmuş məhsullardan deyil, təbii ət növlərindən istifadə etməyi tövsiyə edir.
“Bu, qrildə və ya buğda bişirilə bilən toyuq döşü və ya hinduşka əti ola bilər. Orta miqdarda istifadə üçün ənənəvi prosşutto (qurudulmuş ət) növləri, həmçinin tərkibində əlavə maddələr (zəncəfil, şəkər və ya nitritlər) olmayan qurudulmuş ətlər də uyğundur,” — deyə mütəxəssis qeyd edib.
Anduxar isə öz növbəsində, ətin yüksək lif tərkibli tam taxıldan hazırlanmış mayalı çörəklə birgə qəbul edilməsini tövsiyə edir. Bu birləşməni tamamlamaq üçün o, zeytun yağı və təzə pomidor tövsiyə edir — bunlar həm antioksidant mənbəyidir, həm də yeməyə xoş dad verir.
Dietoloq həmçinin vitamin və minerallarla zəngin meyvələrdən də danışıb. Onun sözlərinə görə, səhər yeməyi südlü qəhvə və ya digər sevilən içki ilə yekunlaşdırıla bilər.