
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah" FK ilk oyununu Moldovada keçirib və rəqibinə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, Bakı təmsilçisi Kişineunun “Zimbru” stadionunda baş tutan qarşılaşmada Moldovanın “Petrokub” komandası üzərində 2:0 hesabı ilə üstünlük əldə edib.
Qarşılaşmanın sonlarına yaxın fəallığını artıran “Sabah” klubu 84-cü dəqiqədə Pavol Şafrankonun və 90-cı dəqiqədə Kahim Parrisın vurduğu qollarla qələbəsini rəsmiləşdirib.
Komandalar arasındakı cavab matçı iyulun 31-də Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.