Ağdam və Xocavənddə açıq ərazidə yanğın başlayıb


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com
 xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top