Gürcüstanda 13 qeyri-qanuni miqrant saxlanılıb


Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti Tbilisi şəhərində keçirilən reyd zamanı 13 qeyri-qanuni miqrantı saxlayıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə “Novosti-Qruziya” agentliyi məlumat yayıb.
Saxlanılan şəxslərin İordaniya, Misir, Pakistan, Hindistan və Türkiyə vətəndaşları olduğu bildirilir. Departamentin yaydığı kadrlarda əks olunub ki, əməliyyatlardan əvvəl Tbilisinin Aqmaşenebeli prospektində - əsasən Yaxın Şərq ölkələrindən olan şəxslərin çalışdığı onlarla bar və restoranın yerləşdiyi ərazidə təsadüfi sənəd yoxlaması aparılıb.
Araşdırma nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanununun tələblərini pozublar. Onlar müvəqqəti yerləşdirmə mərkəzinə aparılıb və ölkədən deportasiya prosedurlarına başlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama verərək, bu cür immiqrasiya nəzarəti tədbirlərinin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, “Gürcü Arzusu” partiyasının hakimiyyətdə olduğu 12 il ərzində ilk dəfə olaraq ölkə miqrasiya siyasətində sərtləşməyə gedib. Parlament yeni qanunvericilik dəyişikliyi ilə deportasiya və axtarış prosedurlarını sadələşdirib. Rəsmi məlumata görə, hər ay onlarla xarici vətəndaş Gürcüstandan çıxarılır.

DİGƏR XƏBƏRLƏR

Top