Arif Babayev Bakıya gətirilib, vəziyyəti ağır olaraq qalır – Yenilənib

Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Report"a Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.


***15:11

Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bununla bağlı onun oğlu Yaşar Babayev məlumat verib.
Oğlunun sözlərinə görə, 87 yaşlı Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.

DİGƏR XƏBƏRLƏR

Top